Dövlət Qoruğunda cəsəd tapılıb

media-hightechnic-468x90

ec13f2383200cd464d5787268afa26e86 nəfər həbs edilib

Zaqatala Dövlət Təbiət Qoruğunun çox mürəkkəb relyefə malik, yüksək mailliyi olan qayalıq sahəsində insan cəsədi və hündürlüyü 0.7-1.5 metr olan 67 ədəd narkotik xassəli çətənə bitkisi aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə,bununla bağlı dərhal Qoruq əməkdaşlarının iştirakı ilə Balakən rayon Prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində müayinə və tədqiqatlar aparılıb, cəsəd və çətənə bitkiləri götürülüb.

Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər Gərəkli kənd sakini və 2 nəfər Bakı sakini həbs edilərək istintaqa cəlb olunub, onlardan 4 ədəd ov tüfəngi götürülüb.

İlkin ehtimallara görə, hadisə Qoruq ərazisində qanunsuz narkotik xassəli çətənə bitkisi əkən kənd sakini ilə onu oğurlamağa gələn şəxslər arasında baş verib.

Hazırda hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600