Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər üçün test imtahanlarına start verir.
Yenicag.az xəbər verir ki, mərkəz martın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qrupları, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə test imtahanları keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanlar elektron formada, kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.
İmtahan vaxtları:
-
BA və BB vəzifə qrupları üzrə: saat 10:00-da;
-
AB və AC vəzifə qrupları üzrə: saat 16:00-da.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 1-i saat 11:00-dək aparılacaq.
Namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalı və hesaba lazımi vəsaiti daxil etdikdən sonra qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. İmtahan ödənişləri və tarifləri barədə məlumatlar mərkəzin rəsmi saytında yerləşdirilib.












