Dövlət qulluğuna imtahan verənlər mayın 22-i hazır olsunlar

media-hightechnic-468x90

1431935242155743834_750x500 (1)Cari il aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması mayın 14-də başa çatıb.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, müsabiqə üzrə 2849 namizəd qeydiyyatdan keçib. Ən çox namizəd qeydə alınan dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi (956 nəfər), Dövlət Statistika Komitəsi (588 nəfər), Gənclər və İdman Nazirliyi (287 nəfər), Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (229 nəfər) və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (108 nəfər) olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə (2 vakant yerə ortalama 229 nəfər) qeydə alınıb.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsi mayın 22-dən Kənd Təsərrüfatı Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-cı və 7-ci təsnifatı üzrə nəzərdə tutulur. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək. Test imtahanının kompyuter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul – Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər qurumun rəsmi internet saytında ətraflı tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri (15 test tapşırığı), qanunvericilik (40 test tapşırığı), informasiya texnologiyaları (15 test tapşırığı) və məntiqi düşünmə qabiliyyəti (30 test tapşırığı) sahələri üzrə bilikləri yoxlanılacaq. Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları, metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı da Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600