Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dövlət qulluğuna qəbul imtahanının nəticələri

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il iyulun 29-da inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 30 nəfəri kişi, 8 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən 25 nəfəri 25-34 yaşda olanlardır. Yuxarı yaş qrupu (35-59) üzrə qeydiyyatdan keçənlərin 10-u kişi, 3-ü isə qadındır. Yuxarı yaş intervalına aid namizədlərin 5-i imtahanda uğur qazana bilib.

İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş 38 namizəddən 18-i (47,4 faiz) müvəffəqiyyət əldə edib (30 kişidən 17-si, 8 qadından isə 1-i lazım olan balı toplayıb).

AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1-i, AB üzrə 8 nəfərdən 4-ü, AC üzrə isə 27 nəfərdən 13-ü test imtahanından uğurla keçib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərdən 13-ü ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. İmtahanda iştirak edənlərdən 25 nəfərin məlumatları “Dövlət qulluqçularının reyestri” sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlardan 15 nəfər uğur qazanıb.

İyirmi müxtəlif ali təhsil müəssisəsinin məzunu imtahanda iştirak üçün qeydiyyatdan keçib. Müvəffəqiyyət əldə edənlərdən 9-u Azərbaycan Dövlət İqtisad Universitetinin, 3-ü isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Təhsil səviyyəsinə gəldikdə isə 16 nəfərin həm də magistr dərəcəsi olub. Onlardan 10-u uğur əldə edib.

www.yenicag.az

1678
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS