Dövlət qulluğunda rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edildi

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 28-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

DİM-dən Yenicag.az-a bildirilib ki, imtahan verəcək namizədlərin qeydiyyatı 27 iyun saat 14:30-dan 18 iyul saat 11:00-dək aparılacaq.

İmtahan kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları barədə məlumar DİM-in saytında yerləşdirilib.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600