Dövlət qurumlarının Facebook marağı

media-hightechnic-468x90

facebook_032014-cü ilin birinci yarısında istifadəçi məlumatlarının açıqlanması ilə əlaqədar Facebook sosial şəbəkəsinə dövlət orqanları tərəfindən sorğuların sayı 25% artıb.

2014-cü ilin yanvar-iyun aylarının nəticəsinə görə, istifadəçilər haqqında qeydiyyat məlumatları, IP ünvanlar, elektron poçt ünvanları və başqa informasiyanın açıqlanması üçün dövlət strukturlarından Facebook sosial şəbəkəsinə 35 min sorğu verilib. 2013-cü ilin ikinci yarısı ilə müqayisədə bu göstərici 24% artıb. ABŞ sorğuların sayına (15.5 min) görə lider qalır.

Eyni zamanda 6 ay ərzində dünyanın müəyyən ölkələrində bu və ya digər məzmuna giriş məhdudiyyəti ilə bağlı sorğuların sayı 19% artıb.

Yerli qanunlar belə məhdudiyyətlərə səbəb olur və belə sorğuların əksəriyyəti Hindistan, Pakistan və Türkiyədən daxil olub.

(topnews.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05