Dövlət siqareti tərgidənlərə yardım edəcək

media-hightechnic-468x90

siqaret-liderxeber-6404 (1)Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində öz əksini tapıb.

Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Bundan əlavə, qanun layihəsində siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600