Dövlət Yol Polisindən “HOG Azərbaycan”a jest
Bakı şəhər Dövlət Yol Polisi HOG Azərbaycan klubunu Yeni təqvim ili və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətiylə təbrik edib.
Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov təbrikdə xüsusilə HOG Azərbayacan klubunun rəhbəri Vahid Mustafayev təşəkkür edir: “O, cəmiyyətdə adətən neqativ assosiasiya doğuran motosiklet və bayker anlayışını xeyriyyəçiliklə məşğul olan, dövlətə və bayrağa sayğı sərgiləyən mütəşəkkil dəstə məzmununa dəyişə bildi.”
Yeni ildə HOG Azərbayacanla birgə layihələrin həyata keçiriləcəyini bildirən BDYP ümid edir ki, HOQ Azərbaycan yeni ildə səs standartlarına cavab verməyən, yalnız əylənmək məqsədi ilə yola çıxan, insanların narahatalığına səbəb olan hallarla mübarizədə qanunun tərəfində olacaq.
Təbrik belə bitir: Hamımıza uğurlu yol!
(anspress.com)