!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövriyyədəki dollar və digər xarici valyutaların həcminin azaldılması üçün...” - Elşad Məmmədov

!Reklam – Yazi

“Manatla ifadə olunan pul kütləsinin həcmi artırılmalıdır ki, dollara tələbat azalsın”.

Bu il martın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 28 530,4 mln. manat təşkil edib. Belə ki, mart ayındakı göstərici ötən aya nisbətən 0,3% çox olub.

Koronavirus infeksiyasının iqtisadi təsirlərini nəzərə alsaq, qarşıdakı aylarda pul kütləsinin həcmi ilə bağlı vəziyyət dəyişə bilərmi?

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda geniş pul kütləsinin həcminin (M3) artımı ölkə iqtisadiyyatı üçün mühüm amil kimi dəyərləndirilə bilməz:

“Çünki M3-ün həcminə ölkədə xarici valyuta ilə ifadə olunan pul kütləsi də daxildir. Halbuki manatın dövriyyəsinin genişlənməsi və xüsusi çəkisinin artması daha vacibdir.

Manatın investisiya resursu kimi dəyərləndirilməsi çox önəmlidir. Çalışmalıyıq ki, manatla ifadə olunan M2 pul kütləsinin həcmi artsın. Bu artım ölkə iqtisadiyyatında real sektora yönəlik ciddi şəkildə investisiya resurslarına tələbi artıra bilər.

Lakin manatla ifadə olunan pul kütləsinin həcmi (M2) düzgün şəkildə idarə olunmalıdır. Əks halda, xarici valyuta ilə ifadə olunan pul kütləsinin (M3) həcmində yenidən artım baş verəcək.

Ölkədə dolların xüsusi çəkisinin artması müsbət hal deyil. Eyni zamanda ümumi pul bazasının həcmində nağd pul kütləsinin həcmi (M0) xüsusən artırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv