Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - Rəsmi açıqlama / VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev faktı təsdiqləməyib:

“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600