Döyülən jurnalistin fotoları

media-hightechnic-468x90

77695Fotolarda qəddarcasına döyülən Naxçıvanda fəaliyyət göstərən jurnalist İlqar Nəsibovdur.

O, avqustun 21-də ofisində döyülüb və onu döyənlərdən birini tanısa da, hələ də hadisə ilə bağlı cinayət işi açılmayıb. Hazırda o reanimasiya şöbəsindədir. Həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova deyir ki, onlara dəfələrlə MTN əməkdaşları hədə-qorxu gəliblər: “Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür”.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600