DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

media-hightechnic-468x90

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.

Yenicag.az-ın xəbərinə görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600