DTX əməliyyat keçirdi: Gömrük işçisi və daha iki nəfər tutuldu

media-hightechnic-468x90

Külli miqdarda xarici valyuta və qızıl külçələri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb.

media-banner_tuq

Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda – 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları – Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05