Dünənki güclü maqnit qasırğasının yaradacağı FƏSADLAR: Bu vasitələr işləməyəcək - XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Maqnit qasırğası çox güclü G4 səviyyəsinə yüksəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Kosmik hava monitorinqinin məlumatlarına əsasən, aprelin 24-də Yerin maqnit sahəsinin pozulması çox güclü həddə çatıb.

Maqnit qasırğasının peyk və radiotezlik naviqasiyası da daxil olmaqla kommunikasiyalara ciddi müdaxilələrə səbəb olacağı gözlənilir. Bu, xüsusilə uzaq və ya əlçatmaz yerlərdə müasir texnologiyalar və xidmətlərdən istifadə etmək qabiliyyətinə təsir edə bilər.

Bundan əlavə, şimal işıqları hətta tropiklərdə də görünə bilər. Bu, adətən yalnız daha şimal enliklərində müşahidə olunan heyrətamiz təbiət hadisəsidir.

Qeyd edək ki, G-səviyyəli miqyasda G4, orta gücdə olan G3-ü izləyir və son dərəcə güclü G5 fırtınasından əvvəl gəlir.

Maqnit fırtınaları Günəş küləyi ilə Yerin maqnit sahəsinin qarşılıqlı təsirinin nəticəsidir. Günəş küləyi Yerin maqnit sahəsi ilə toqquşduqda maqnit sahəsində qeyri-sabitliyə səbəb ola bilər və nəticədə maqnit fırtınaları yarana bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600