!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Bankından qorxunc PROQNOZ: Qlobal iqtisadiyyatı böyük təhlükə gözləyir

!Reklam – Yazi

Dünya Bankının iyun ayı üzrə Qlobal İqtisadi Perspektivlər Hesabatında bir çox regionların iqtisadi tənəzzülə uğrayacağı və qlobal iqtisadiyyatı staqflyasiya təhlükəsinin gözlədiyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, hesabatda Ukraynadakı müharibənin uzunmüddətli zəif artım və yüksək inflyasiya dövrünə səbəb olduğu qeyd olunub.

Bir çox ölkələrin tənəzzül təhlükəsi ilə üzləşəcəyini bəyan edən Dünya Bankı 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu təxminən üçdə bir qədər azaldaraq 2,9 faizə endirib. Hesabata görə, normal şəraitdə iqtisadiyyatlarda işsizlik və inflyasiya eyni anda yüksəlməsə də, staqflyasiya olan bir iqtisadiyyatda həm qiymətlər, həm də işsizlik eyni vaxtda artır.

Dünya Bankı Türkiyənin bu il üçün iqtisadi artım proqnozunu yanvar ayında açıqlanan proqnozla müqayisədə 0,3 bənd artıraraq 2,3 faiz, 2023-cü il üçün proqnozu isə 0,2 bənd artıraraq 3,2 faiz kimi qeyd edib. ABŞ iqtisadiyyatı üçün artım proqnozu 2022-ci ildə 2,5 faizə enib. 2021-ci ildə bu nisbət 5,7 faiz olub. 2021-ci ildə 5,4 faiz böyüyən Avrozonanın iqtisadiyyatının 2022-ci ildə 2,5 faiz artacağı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında isə artımın 2022-ci ildə 2,6 faizə, 2023-cü ildə isə 2,2 faizə enəcəyi təxmin edilir. 2021-ci ildə bu nisbət 5,1 faiz olub.

Gülşən Şərif

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv