Dünya Çempionatı: Braziliya-Xorvatiya:3:1 (yenilənir)
Braziliyanın San-Paulu şəhərində futbol üzrə dünya çempionatının açılış mərasimi olub. Stadionda minlərlə könüllü azarkeşləri milli rəqslər və səhnələşdirilmiş tamaşalarla əyləndirib. Açılış mərasimi təxminən 25 dəqiqə davam edib. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb. Açılış mərasiminə Cennifer Lopez də qatılıb.
İlk qarşılaşma Braziliya və Xorvatiya milliləri arasında keçirilir.
Futbol üzrə dünya çempionatında ilk qol vurulub. Braziliya-Xorvatiya millilərinin qarşılaşmasında xorvatlar hesabda irəli çıxıblar.
Oyunun 11-ci dəqiqəsində Braziliya millisinin futbolçusu Marselo öz qapısından top keçirib.
Qarşılaşmanın 29-cu dəqiqəsində Braziliya millisi hesabı bərabərləşdirib. Bərabərlik qolunu Neymar vurub.
Futbol üzrə dünya çempionatında ilk sarı kart da göstərilib. Kartı Braziliya-Xorvatiya millilərinin oyununda braziliyalıların liderlərindən biri – Neymar alıb.
Neymar rəqib futbolçunun üzünə dirsəklə zərbə endirdiyinə görə sarı kartla cəzalandırılıb.
Neymar 2-ci qolunu penaltıdan 71-ci dəqiqədə atdı.
90+1. Oscar oyuna nöqtə qoydu: 3:1.
Oyun davam edir.