!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya qızıl bazarında “OYNAQ” QİYMƏTLƏR: “Azərbaycanda daha çox zinət əşyası kimi...”

!Reklam – Yazi

“Sahibkarlar bu məhsulları ölkəyə gətirən zaman satış qiymətlərini maya dəyəri əsasında müəyyənləşdirməyə çalışırlar”.

Bu fikirləri dünya bazarlarında qızılın qiymətinin intensiv dəyişməsinin Azərbaycanın qızıl bazarına təsirini dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya bazarlarında qiymət dəyişiklikləri kiçik diapazonda olduğundan, onun orta və uzunmüddətli perspektivdə Azərbaycanın qızıl bazarına təsiri gözlənilmir:

“İlk növbədə onu qeyd edim ki, Azərbaycan bazarı qlobal qızıl bazarlarına zəif inteqrasiya olunub. Bu əmtəə növü investisiya aləti kimi geniş istifadə olunmadığı üçün qiymətlərə də nisbətən zəif reaksiya verir.

Azərbaycanda qızıldan daha çox zinət əşyası kimi istifadə olunur. Dünya bazarlarında qızılın qiymətində dəyişikliklərin kiçik diapazonda olduğunu nəzərə alsaq, bu halda onun orta və uzunmüddətli dövrdə Azərbaycan qızıl bazarına təsirini gözləmirik. Xüsusilə də gündəlik qiymət dəyişikliyi daha çox xam qızılın alışı və satışında baş verir.

Bu məhsulların Azərbaycanın bazarından çıxarılması və daxil olması intensivliyi zəifdir. Ona görə də gündəlik qiymət dəyişikliyinə birbaşa uyğunlaşmanı həyata keçirmək mümkün olmur. Qızılın sadəcə, zinət əşyası kimi alışı və satışı zamanı bu dəyişikliklərin heç bir təsiri hiss olunmayacaq. Buna təsir edən amillərdən biri ölkədə ümumi dövriyyənin kiçik olmasıdır.

Sahibkarlar bu məhsulları ölkəyə gətirən zaman satış qiymətlərini maya dəyəri əsasında müəyyənləşdirməyə çalışırlar. Yəni sahibkarlar qiymətlər bahalaşanda, məhsulun satış qiymətlərini artırır, ucuzlaşdıqda isə zərərə uğramamaq üçün əvvəlki qiymətlərə qayıdırlar”,

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv