Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Dünya Skaut Təşkilatında bir ilk

Reklam: Sinerji Pro

Bakıda 41-ci Dünya Skaut Konfransı öz işini davam etdirir.

Tədbirin dördüncü günü 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni seçilən üzvlərin adları bəlli olub. Səsvermə avqustun 16-da yekunlaşıb.

Komitənin yeni seçilən 12 üzvü arasında Azərbaycan Skautlar Assosiasiyasının başçısı İlyas İsmayıllının da adı var. Beləliklə, Dünya Skaut Təşkilatının tarixində ilk dəfə olaraq bir azərbaycanlı Komitənin idarəçi orqanlarının birinin üzvü olub.

İ.İsmayıllının sözlərinə görə, bütün dünyada 40 milyon insanın üzv olduğu ən böyük ictimai təşkilatın komitə üzvü olmaq böyük şərəfdir.

Skaut komitəsinin qəbul etdiyi qərarların bütün təşkilatın inkişaf vektorlarını müəyyən etdiyini deyən İ.İsmayıllının sözlərinə görə, skaut hərəkatının cəmi 20 ildir mövcud olduğu Azərbaycan üçün bu, böyük uğurudur.

“Mənim üçün Ümumdünya Skaut Komitəsində işləmək skautinqin inkişafına yardımçı olmaq üçün bir imkandır. Fikrimcə, Ümumdünya Skaut Təşkilatının coğrafiyasını genişləndirmək, təşkilata daxil olacaq ölkələrin sayını artırmaq lazımdır, xüsusilə görüləsi çox işin olduğu Orta Asiyanı. Bundan əlavə, Ümumdünya Skaut Təşkilatını restrukturizasiya etmək lazımdır və bunun üçün komitənin hər bir üzvü müəyyən bir istiqamətdə çalışmalıdır”.

Komitənin yeni üzvlərinin seçkiləri hər 3 ildən bir keçirilir. Komitəyə seçilən yeni üzvlər milli assosiasiyalardakı vəzifələrini tərk etməli olur. Bu səbəbdən yaxın zamanda Azərbaycan Skaut Assosiasiyasının yeni prezidentinin seçilməsi gözlənilir.

Yenicag.az

www.yenicag.az

600
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100