!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dünya təcrübəsində bu tip tikinti layihələrini özəl sektor, bizdə isə...” – Ekspertdən ETİRAZ

!Reklam – Yazi

“Qurumların yeni inzibati binalarının inşa edilməsi üçün ayrılan vəsaiti sonunda sadə vətəndaşlar ödəyir”.

Yenicag.az xəbər verir ki, bunu Tarif Şurasının suyun qiymətini iki dəfə artırmasına münasibət bildirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, “Azərsu” ASC-nin yeni inzibati binasının inşasına ayrılan vəsait düzgün idarə edilsəydi, mövcud şəraitdə suyun qiymətində artım müşahidə olunmayacaqdı:

“Əslində, “Azərsu”yun özü üçün 120 milyon dollara (204 milyon manat) inzibati bina tikməsəydi, ən azı 4 il dövlət büdcəsindən subsidiya almaya bilərdi. Nəticədə pandemiyanın davam etdiyi və əhalinin gəlirlərinin minimum həddə düşdüyü indiki şərtlər daxilində qiymətlər artırılmazdı.

Dünya təcrübəsində bu tip tikinti layihələrini özəl sektor yerinə yetirir və bu layihələr əsasən, turizm sahəsində turistlərin cəlb edilməsi üçün istifadə edilir, əsas hədəf isə iqtisadi aktivliyin artırılması olur.

Azərbaycanda isə müvafiq layihələr dövlət qurumları tərəfindən icra edilir və heç biri turizm məqsədləri üçün istifadə edilən yerlərdə tikilməyib. Bu layihələrin xərcini isə sonunda sadə vətəndaşlar ödəyir.

Belə ki, bu binaların tikintisinə, bu qurumlarda baş alıb gedən korrupsiyaya və səmərəsizliyə göz yumanda bir gün onun bədəlini vətəndaş ödəmək məcburiyyətində qalır”.

Gülşən Şərif

www.yenicag.az

2945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv