XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi.
Üç xəttdən ibarət olan Bakı Metrosunun cəmi uzunluğu 36.76 km-dır. 25 işləyən, 3 tikilməkdə olan stansiya var. Bəs dünyada metronun vəziyyəti necədir? Yenicag.az Odatv.com-a istinadən metronun dünyadakı vəziyyətini nəzərinizə çatdırır. Görünən odur ki, bəzi ölkələrdə metro bizdən sonra tikilsə də, onlara çatmağımız imkansızdır.
Dünya metroları ilə Bakı Metropoliteni arasında fərq
(Delhi)
Toplam metro uzunluğu: 153 km / 130 stansiya
İlk metro inşaatına başlanılan tarix: 2002
(Barselona)
Toplam metro uzunluğu: 116 km / 156 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1924
(Çikaqo)
Toplam metro uzunluğu: 173 km / 144 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1892
(Berlin)
Toplam metro uzunluğu: 478 km / 340 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1902
(Hamburq)
Toplam metro uzunluğu: 101 km / 89 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1912
(Honq Konq)
Toplam metro uzunluğu: 174 km / 82 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1979
(Kopenhagen)
Toplam metro uzunluğu: 176 km / 107 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1934
(London)
Toplam metro uzunluğu: 442 km / 310 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1863
(Madrid)
Toplam metro uzunluğu: 284 km / 294 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1919
Nüfus: 6.087.000
(Meksika)
Toplam metro uzunluğu: 176 km / 175 stansiya
İlk metro inşaatına başlanılan tarih: 1969
(Moskva)
Toplam metro uzunluğu: 301 km / 182 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1935
(Münhen)
Toplam metro uzunluğu: 101 km / 98 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1971
(Osaka)
Toplam metro uzunluğu: 138 km / 101 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1933
(Paris)
Toplam metro uzunluğu: 214 km / 368 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1900
(Pekin)
Toplam metro uzunluğu: 228 km / 147 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1969
(Sankt Peterburq)
Toplam metro uzunluğu: 110 km / 63 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1955
(San Fransisko)
Toplam metro uzunluğu: 167 km / 43 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1972
(Stokkholm)
Toplam metro uzunluğu: 110 km / 100 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1950
(Santiyaqo)
Toplam metro uzunluğu: 119 km / 108 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1975
(Seul)
Toplam metro uzunluğu: 317 km / 293 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1974
(Toronto)
Toplam metro uzunluğu: 683 km / 69 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1954
(Sinqapur)
Toplam metro uzunluğu: 119 km / 78 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1987
(Şanqay)
Toplam metro uzunluğu: 420 km / 234 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1995
(Tehran)
Toplam metro uzunluğu: 120 km / 80 stansiya
İlk metro inşaatına başlanılan tarix: 2000
(Tokio)
Toplam metro uzunluğu: 272 km / 293 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1927
(Valensiya)
Toplam metro uzunluğu: 182 km / 176 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1988
(Vaşinqton)
Toplam metro uzunluğu: 171 km / 86 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1976
Nüfus: 4.825.000
(Nyu York)
Toplam metro uzunluğu: 392 km / 481 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1870
(İstanbul)
Toplam metro uzunluğu: 90 km / 62 stansiya
İlk metro inşaatına başlanılan tarix: 1871
İlk metro inşaatına başlanılan tarih: 1871 (Tünel dünyanın en eski 2. metrosu, 1. Londra)
www.yenicag.az