!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyadan 18 il gizlədilən ÖLÜMCÜL “KORONA”: Planeti təhdid edən qorxunc virus necə yaranıb?

!Reklam – Yazi

2002-ci il noyabrında aşkarlanan və koronavirusun daha çox “SARS” kimi tanınan növünə 2003-cü il fevralında artıq 8 min 437 nəfər yoluxmuşdu. Həmin xəstələrdən 813 nəfəri isə həyatını itirmişdi. “SARS”-ın əlamətləri: Öskürmə, asqırma və təngnəfəslik.

2012-ci il sentyabr ayında koronavirusun “MERS COV” növünə yoluxma halları ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat daxil oldu. Səudiyyə Ərəbistanında insanların bu virusa yoluxmaları faktı rəsmən təsdiqləndi. Əlamətləri: Öskürmə, asqırma, təngnəfəslik.

Haşiyə: “Mers COV” virusunun birhürgüclü dəvələrdən keçdiyi barədə şayiələr yayılsa da, bu iddialar öz təsdiqini tapmamışdı. Lakin ÜST insanlara dəvə südü və sidiyi içməməyi tövsiyə edirdi.

2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanında dəvənin bu virusa yoluxma faktı aşkarlandı və ÜST-ə məlumat verildi. Alınan test nəticəsində dəvənin koronavirusun “MERS COV” növünün daşıyıcısı olduğu müəyyən edildi. Lakin dəvəyə o virusun hansı yolla keçdiyini müəyyənləşdirmək mümkün olmadı.

2014-cü il sentyabrın 30-da “MERS COV” virusuna növbəti yoluxma faktı aşkarlandı. Senytabrın 24-də təcili tibbi yardıma müraciət edən Səudiyyə Ərəbistanı təbəəsinə sentyabrın 30-da həmin diaqnoz qoyuldu. ÜST 2014-cü ildə dünyada 853 nəfərin “MERS COV” virusuna yoluxduğunu, 301-nin isə öldüyünü bəyan etdi.

2015-ci il yanvarın 5-də ÜST İordaniyada “MERS COV” virusuna yoluxma haqda məlumat açıqladı. Maraqlıdır, ki yoluxan şəxs yenə də Səudiyyə Ərəbistanının təbəəsi idi. 2014-cü ilin dekabrın 20-də xəstəxanaya yerləşdirilən o şəxs ertəsi gün öz ölkəsinə yola salınaraq, ağır təngnəfəs vəziyyətdə yenidən klinikaya yerləşdirildi. Onun xəstəlik tarixçəsində ciy dəvə südü içdiyi qeyd edilmişdi.

ÜST-nin 2015-ci ildə açıqladığı məlumata əsasən, dünyada 945 nəfər “MERS COV” virusuna yoluxub və onlardan 348 nəfəri dünyasını dəyişib. Bundan başqa, ÜST 2016-cı il 30 aprel – 5 may aralığında Səudiyyə Ərəbistanında 4 nəfərin “MERS COV” virusuna yoluxduğunu, onlardan 1-nin öldüyünü açıqladı.

Amma bu da son deyildi. Səudiyyə Ərəbistanı aprelin 14-ü və 22-də “MERS COV” virusundan daha 3 ölüm faktının qeydə alınması haqda ÜST-ə məlumat vermişdi. Həmin il ümumiyyətlə, labaratoriya tərəfindən təsdiqlənmiş 1 733 yoluxma faktı qeydə alındı, xəstələrdən 628-i dünyasını dəyişdi.

Səudiyyə Ərəbistanı 2017-ci il avqustun 13-dən 30-na qədər olan müddətdə daha 12 nəfərin “MERS COV” virusuna yoluxduğunu bəyan etdi. Qeyd olunan il dünyada 2079 yoluxma və onlardan 722-nin ölüm faktı qeydə alındı.

Qeyd edək ki, dünyada tüğyan edən həmin virusa 2017-ci ildə də bir çarə tapılmadı. 2018-ci ildə isə 2012-ci ildən etibarən, “MERS COV” virusuna 2 min 279 nəfərin yoluxduğu, onlardan 806-nın öldüyü bəyan olundu.

2019 cu ildə vüsət alan koronavirus isə özünü yüksək hərarət, öskürək, təngnəfəsliklə göstərməyə başladı. Keçici olduğu bildirilən virusa yoluxanların təqribən 35 faizini həyata qaytarmaq mümkün olmadı. Maraqlıdır ki, bu virusun əsas mənbəyinin yenə birhürgüclü dəvələr olduğu bildirilsə də, iddia özünün tibbi təsdiqini tapmadı.

2012 ci ildən etibarən, yayılmağa başlayan o virus əsasən adları çəkilən bu 27 ölkədə təhlükəli miqyas almışdı: Əlcəzair, Avstriya, Bəhreyn, Çin, Misir, Fransa, Almaniya, Yunanıstan, İran İslam Respublikası, İtaliya, İordaniya, Küveyt, Livan, Malayziya, Niderland, Oman, Filippin, Qətər, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Tayland, Tunis, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və Yəmən idi. Yoluxma hallarının təqribən 80 faizi Səudiyyə Ərəbistanında qeydə alınmışdı. 2012-ci ildən qloballaşan koronavirusun “MERS COV” növünə qarşı vaksin 2019-cu ilə kimi əldə edilmədi.

Növbəti dəfə bu virusun simptomlarına 2019-cu il dekabrın 31-də Çinin Uhan şəhərində rast gəlindi və ona “COVİD-19” adı verildi.

Haşiyə: Virusun simptomları eyni olduğu halda, adları niyə fərqlidir? Qeyd etdiyimiz kimi, koronavirus “viruslar ailəsi”nin çox geniş bir hissəsini əhatə edir. Dünyada koronavirusun “COVİD-19” növünə yoluxanların sayı 145 min 700 nəfərdən çoxdur. Onlardan 72 min 550 nəfəri artıq sağalsa da, 5 min 436-ı dünyasını dəyişib.

İndi bu virusla əlaqədar bəzi suallara aydınlıq gətirək:

Bu virusun daşıyıcıları ev heyvanları ola bilərmi? Cavab qətidir: Yox. Çünki indiyə kimi ev heyvanlarında və ev bitkilərində “COVİD-19” virusu aşkar edilməyib.

Bu virus hava vasitəsilə keçə bilirmi? Bəli, virus tənəffüs yollarından ifraz olunan damlalar vasitəsilə keçicidir.

Bu virus simpatomlarının müşahidə olunmadığı şəxs vasitəsilə keçə bilərmi? Virus əsasən, öskürək və ya asqırmaqla insanın tənəfüs yollarından ifraz olunan damlalar vasitəsilə keçdiyindən, bu risk çox aşağıdır.

Bu virusun soyuq havada məhv olması haqda fikirllər müxtəlif ölkələrdə geniş yayılsa da, həqiqəti əks etdirmir. Soyuq hava virusu məhv etmir.

İsti duş virusdan qoruyurmu? Xeyr, isti vanna qəbulu da sizi koronavirusdan qorumayacaq. Bədənin sabit hərarəti 36.5-37 arasındadır. Bədənə hər hansı bir virus daxil olarsa, orqanizm onu məhv etmək üçün bədən temperaturunu avtomatik qaldırır. Həddindən artıq isti su bədəninizdə yanıqlar əmələ gətirə bilər.

Ağılları məşğul edən daha bir sual: Ağcaqanadlar bu virusun ötürülməsində iştirak edə bilərmi? Xeyr, edə bilməz.

Sarımsaq koronavirusdan qoruyur? Sarımsaq sağlamlıq üçün faydalı olsa da, onun koronavirula mübarizədə faydalı olduğunu isbatlayan sübut hələ ki yoxdur.

Koronavirus hansı yaş kateqoriyasına aid insanlar üçün daha təhlükəlidir? Bu virusa hər yaş kateqoriyasından olan insanlar yoluxa bilər. Lakin xəstə və yaşlılar üçün bu virusla mübarizə aparmaq biraz daha çətindir.

Koronavirus əleyhinə vaksin tapılıb? Xeyr, hazırda heç bir vaksin tapılmayıb. Lakin dünya səhiyyəsi bu istiqamətdə çalışır.

Maska koronavirusdan qoruyur? İlk öncə qeyd edək ki, maska effektli istifadə zamanı virusdan nisbətən qoruyur. Bunun üçün əllər daim təmiz olmalı, maskadan istifadə qaydalarına əməl edilməlidir. Maskanı taxmazdan əvvəl əllər təmiz və spirtlənmiş olmalıdır. Daha sonra maskaya toxunmadan onu rezinlər vasitəsilə elə taxmaq lazımdır ki, boşluqlar qalmasın, ağız və burun tam örtülsün. Bundan sonra maskaya əl ilə müdaxilə etmək olmaz.

Məlumat üçün bildirək ki, “SARS”a 2 ay ərzində 8 mindən çox yoluxma faktı qeydə alınmışdısa, “SARS-COV-2“ kimi də tanınan “COVİD-19“ virusuna təqribən 3 ay ərzində 145 mindən artıq yoluxma faktı təsdiqlənib. Hazırda 145-ölkəni cənginə alan bu qorxunc virusla əlaqədar martın 11-də dünya miqyasında pandemiya elan edilib.

Xatırladaq ki, Çində koronavirusa yoluxan 80 min 824 nəfərdən 65 min 541-i sağalıb, 3 min 189-u nəfəri isə ölüb.

ABŞ-da koronavirusa yoluxan 2 min 238 nəfərdən 50-si ölüb.

İtaliyada isə mənzərə daha dəhşətlidir: virusa yoluxan 17 760 nəfərdən 1 266-sı artıq dünyasını dəyişib.

İranda isə 11 min 326 nəfər koronavirusa yoluxub, onlardan 3 min 529-u sağalıb, 514 nəfəri isə ölüb. Onlardan 4 nəfəri yüksək vəzifəli şəxslərdir.

Koronavirus pandemiyası ilə əlaqədar miqyaslı beynəlxalq idman yarışları ləğv olunub. Hətta ABŞ-da fövqəladə vəziyyət elan edən prezident Donald Tramp yaranmış vəziyyətə görə 2020-ci il Yay Olimpiya Oyunlarının təxirə salınması təklifini irəli sürüb.

Azərbaycanda isə hələlik 12 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Daha 6-sının sağaldığı, 1-nin isə öldüyü bildirilib. Koronavirus səbəbindən Gürcüstan və İranla sərhədlər bağlanıb.

Planetdə tüğyan edən koronavirus dünyanı sınağa çəkməkdə davam edir…

Hazırladı
Rufina Əlizadə

www.yenicag.az

4708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv