Dünyanı 1000 il qabaqlayan XALQ: Onlar yeni ili belə qarşıladılar - FOTO
Şimali Afrika boyunca Amaziq xalqı 2976-cı ili qarşılamaq üçün bir araya gəlib.
Onlar, təəssüf ki, zaman səyahətinin sirrini açmayıblar. Sadəcə olaraq, onlar dünyanın böyük hissəsindən təxminən min il öndədirlər, çünki başlanğıcı eramızdan əvvəl 950-ci ilə Kral Şeşonqun Misir taxtına çıxdığı vaxta söykənən təqvimi izləyirlər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yennayer adlanan Amaziq yeni ili 12–14 yanvar tarixləri arasında qeyd olunur.

Bu günlərdə ailələr bir araya gəlir, tonqallar qalayır, ənənəvi musiqilər səslənir və küçələrdə “aseggas ameggaz” – “Yeni iliniz mübarək” səsləri eşidilir.
Yennayer yalnız bayram deyil, həm də kimlik və yaddaş günüdür. Uzun illər dilləri və mədəniyyətləri sıxışdırılan amaziqlər bu günü öz varlıqlarının simvolu kimi qeyd edirlər. Xüsusilə Qəddafi dövründə Liviya kimi ölkələrdə amaziq dili qadağan edilmişdi.
Son illərdə isə vəziyyət dəyişib. Mərakeş və Əlcəzair Yennayeri rəsmi bayram elan edib, tamaziqt dili isə dövlət dili statusu alıb.
Bu səbəbdən 2976-cı il amaziqlər üçün sadəcə yeni il deyil yüzillik mübarizənin qələbə nöqtəsidir.
Sona Əliyeva












