Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanı təəccübləndirən "Simpsonlar": İngiltərədəki yanacaq böhranının 11 il əvvəldən proqnozu verilib? - FOTO / VİDEO

Dünyaca məşhur “Simpsonslar” cizgi filmi proqnozları ilə insanları təccübləndirməyə davam edir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə “Simpsonslar” cizgi filminin 2010 – cu il noyabrda yayımlanan “Lisa Simpson, Bu Sənin Həyat deyil” bölümündən bir foto paylaşılaraq İngiltərədəki yanacaq böhranının proqnozunun verildiyi bildirilib.

“11 il əvvəl yayımlanan bölümdə Homerin benzin alması maraq doğurub. Həmən səhnədə Homer avtomobilinin baqajını da yanacaqla doldurur”, – deyərək, görüntülər sosial şəbəkələrdə müzakir olunub.

Lakin o epizodun 2021-ci ildə ABŞ-nin bəzi ştatlarında baş vermiş yanacaq böhranı  ilə əlaqəli olmadığı məlum olub.

“Foto doğrudur, ancaq həmin bölümdə yanacaq böhranından söhbət getmir. Belə ki, ailə başçısı Homer qızı Meqi çətin tapılan “Baby must have” adlı oyuncağı əldə etmək üçün pul toplamağa başlayır. Bunu eşidən Homer oyuncağı almaq üçün oyuncağın satıldığı “Texxon” yanacaq doldurma məntəqələrinə yollanır. Məntəqədə oyuncaq almaq üçün kuponlar toplamalı olan Homer hər 10 qallon benzin üçün bir kupon əldə edə biləcəyini öyrənir. Bu səbəbdən daha çox kupon almaq üçün avtomobilin benzin toplana biləcək hər yerinə benzin toplayır”, – deyə məlumatda qeyd edilib.

www.yenicag.az

126
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100