Arktikada buzların əriməsi gözlənildiyindən sürətlə baş verir.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya jurnalı “Focus Online” yazıb. Jurnalın məlumatına görə, Arktikada orta temperatur dünyanın digər bölgələrinə nisbətdə daha sürətlə artır.
Nəticədə daimi donmuş olan sahələr əriməyə başlayıb, soyuq hava kütləsi isə cənub qütblərinə doğru hərəkət edir. Ekspertlərin proqnozlarına görə, iqlim dəyişikliyi nəticəsində 2030-ci ilə kimi yay fəslində Arktikada buz örtüyü olmayacaq.
Bildirilib ki, digər ərazilərdə havanın temperaturu 1 dərəcə isindiyi halda Arktikada bu rəqəm 3 dərəcə təşkil edir./Report/
www.yenicag.az