“Dünyanın diqqəti İrana yönəlsə də, Ukrayna irəliləyir” – Hərbi jurnalistdən ANALİZ

media-hightechnic-468x90

“Rusiya-Ukrayna müharibəsində durğunluqdur, ruslar irəliləyə bilmirlər”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi jurnalist Tofiq Şahmuradov bildirib.

Jurnalist ABŞ-İran gərginliyinin kölgəsində qalan Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti təhlil edib:

“Son vaxtlar Rusiya-Ukrayna müharibəsi, İran və Amerika arasındakı qarşıdurmanın kölgəsində qalıb. Bu müharibə hələ ki dünyanın diqqət mərkəzində deyil; İranda baş verənlər dünya ictimaiyyəti üçün daha maraqlıdır.

Rusiya-Ukrayna müharibəsində, demək olar ki, hər iki tərəf üçün irəliləyiş yox dərəcəsindədir. Münaqişə durğunluq dövrünü yaşayır. Buna baxmayaraq, Ukrayna ordusunun Rusiyanın dərinliyində yerləşən neft emalı zavodlarına və neft terminallarına zərbələri davam edir. Bu yaxınlarda Ukrayna dron ordusu rusların Baltik dənizində yerləşən ən böyük neft terminallarından birini vurdu. Bundan başqa, Leninqrad vilayətində yerləşən Rusiyanın ən böyük neft emalı zavoduna ağır zərbələr endirildi. Ukrayna ordusunun Rusiyanın dərinliklərində yerləşən müdafiə-sənaye obyektlərinə zərbələri də davamlı xarakter daşıyır.

Qarşı tərəfin (Rusiyanın) isə cəbhədə hər hansı uğuru yoxdur. Ukrayna ordusu Zaporojye istiqamətində son bir ayda təxminən 400 kv/km ərazini işğaldan azad edib. Rusların martın ortalarında Pokrovsk və Kupyansk istiqamətində etdiyi uğursuz həmlə zamanı isə işğalçı tərəf 6000-dən çox itki verərək geri çəkilməyə məcbur qaldı.

Hazırda cəbhə xəttində nisbi sakitlik və durğunluq hökm sürür, genişmiqyaslı hücumlar təşkil edilmir. Lakin Ukrayna PUA-ları Rusiyanın arxa cəbhəsindəki strateji obyektləri hədəf almağa davam edir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05