Dünyanın ən məşhur 10 klubu-Siyahı
“Fənərbaxça” və “Qalatasaray” sosial şəbəkədə ən çox izlənilən 10 klub arasında yer alıb.
İngiltərə mətbuatı Twitter, “Facebook, Instagram və YouTube-da izlənmə sayı əsasında dünyanın ən məşhur futbol klublarını müəyyən edib.
İspaniyanın “Real” Madrid və “Barselona” hər cəhətdən rəqiblərini geridə qoyur.
“Qalatasaray” 4,5 milyon izləyici ilə Twitter-də 5-ci klubdur. “Fənərbaxça”nın isə 3,7 milyon izləyicisi var. Dünya üzrə bu göstəricidə 7-cidir. “Sarı-qırmızılı”lar 650 min nəfərlə “İnstagram”da ən çox izləyicisi olan 10-cu klubdur.
“Real” Madrid Twitter-də 13,8 milyon, Instagram-da 4,9 milyon, YouTube-də 1,6 milyon izləyicisi var. “Barselona”nın isə Facebook səhifəsində 79,1 milyon beyənmə var və Kataloniya klubu bu göstərici ilə dünyada rəqib tanımır.
İlk onluqda olan klublar aşağıdakılardır:
“Real” Madrid, “Barselona”, “Fənərbaxça”, “Qalatasaray”, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, PSJ, “Milan”, “Juventus”, “Bavariya”, “Santos” və Korinthians. (anspress.com)