Dünyanın ən nüfuzlu adamı

media-hightechnic-468x90

putinABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu 100 adamından ibarət illik reytinq cədvəlini açıqlayıb. Jurnalın bu ilki reytinqinə 2013-cü ildə olduğu kimi, yenə də Rusiya prezidenti Vadimir Putin başçılıq edir.

Jurnal ən nüfuzlu insanların siyahısında ABŞ prezidenti Barak Obamanı 2-ci, Çin Xalq Respublikasının sədri Si Çzinpini isə 3-cü pillədə yerləşdirib.

“Forbes” jurnalı Vladimir Putini “Rus hökmdarı” adlandıraraq, onun Krımı ölkəsinə birləşdirməsini, Ukrayna ilə qısamüddətli müharibəni və Çinlə 70 milyard dollarlıq qaz sazişi imzalanmasını onun “2014-cü ilin adamı” elan etməyə əsas verdiyini yazıb.

Siyahıda Roma Papası I Fransisk 4-cü, Almaniya kansleri Angela Merkel 5-ci, Amerika Federal Rezerv Bankının rəhbəri Canet Yellen 6-cı, dünyanın ən zəngin insanı Bill Geyts 7-ci, Avropa Mərkəzi Bankının sədri Mario Draqi 8-ci, “Google”un yaradıcıları Larri Peys və Sergey Brin 9-cü və Böyük Britaniyanın baş naziri Devid Kemeron isə 10-cu pillədə qərarlaşıb.

Facebook-un yaradıcısı Mark Zukerberq isə dünaynın ən nüfuzlu 11-ci adamı seçilib.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600