Dünyanın ən uzun ilanı tutuldu – VİDEO

media-hightechnic-468x90

ilanMalayziyada uzunluğu 7,98 metr olan nəhəng piton tutulub.

Tutulan ilanın ağırlığı 250 kiloqramdır. Malayziya Mülki Müdafiə Xidmətinin 109 əməkdaşı Penanq adasında tutulmuş ilanı güclə qaldırıb. Ekspertlərin dediklərinə görə, bu, dünyada indiyədək tutulmuş ən böyük ilandır.

Qeyd edək ki, qəfəsli piton və ya konstriktor ən böyük piton sayılır. Bu ilan şikarına sarılıb onu boğur, sonra udur. Dünyada indiyədək ən böyük ilan “Meduza” sayılırdı. Uzunluğu 7,3 metr olan bu piton ABŞ-ın Kanzas-Siti şəhərindəki “The Edge of Hell Haunted House” attraksionunda saxlanır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa