!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünyanın ən yaxşı qadın futbolçusunun maaşı nə qədərdi? - Messinin aldığının 100/1-i deyil

!Reklam – Yazi

“Ballon D’or” mükafatının təqdimetmə mərasimində dünyanın ən yaxşı qadın futbolçusu seçilən Ada Hegerberqin illik məvacibi açıqlanıb.

Yenicag.az xəbər verir ki, 23 yaşlı norveçli Fransanın “Lion” klubunda ilinə 336 min avro maaş alır.

Bu isə kişi futbolu ilə müqayisədə olduqca az hesab olunur. Məsələn, “ilin futbolçusu” seçilən Luka Modriçin “Real”da illik qazancı 7,6 milyon avrodur. “Barselona”nın superstarı Lionel Messi ilinə 40, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə 30 milyon avro maaş alır. “Lion”un qadınlardan ibarət komandasında isə illik orta maaş 161 min avro təşkil edir.

Qeyd edək ki, bu il ilk dəfə “Ballon D’or”a “dünyanın ən yaxşı qadın futbolçusu” nominasiyası daxil edilib.

www.yenicag.az

2286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv