Dünyanın ən zəngin ərəb şeyxləri-Siyahı

media-hightechnic-468x90

Manchester city owner Sheikh Mansour binƏrəb şeyxləri təkcə öz ölkələrində deyil, bütün dünyada sərvətləri ilə ad çıxarıblar.

Şeyx Tamım min Hamad Əl Thani. Qətərin indiki lideri olan Şeyx Thaninin sərvəti 2 milyard dollardır. Onun İngiltərədə “Harrods”, “Barclays” və “Sainsburys”də sərmayələri var.

Şeyx Faisal min Qassim Al Thani. Qətəri idarə edən ailədən olan Qassim Əl Thaninin sərvəti 2,2 milyard dollardır. Şeyx olmasına baxmayaraq rəhbərlikdə söz sahibliyi əldə edə bilməyib.

Şeyx Hamad min Xəlifə Əl Thaninin sərvəti isə 2,4 milyard dollar dəyərindədir.

Dubay şeyxi və Birləşmiş Ərəb Əmirliklərinin başqan köməkçisi Maktumun indiki sərvəti 4,5 milyard dollardır.

Şeyx Mansur bin Zayed Əl Nahyan. Əbu-Dabi Şeyxinin qardaşı olan Əl Nahyanın sərvəti 4,9 milyard dollara çatıb. Əl Nahyan eyni zamanda İngiltərənin “Mançester Siti” futbol klubunun da sahibidir.

Şeyx Mohammed Hussein Əli Əl Amoudi dünyadakı ən zəngin kral ailəsindən olmayan ərəb vətəndaşıdır. Onun 14,3 milyard dollar sərvətinin olduğu bildirilir.

Şeyx Xəlifə Bin Zayed Əl Nahyanın sərvəti isə hazırda 18 milyard dollara çatıb. (modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600