Dünyaya yaxınlaşır! Alimlər onu yaxından araşdırmaq üçün yarışır: Zamanla mübarizə başladı

media-hightechnic-468x90

Günəş Sisteminə ulduzlararası məkan vasitəsilə daxil olduğu təsdiqlənmiş 3I/ATLAS adlı obyekt Yerə nisbətən yaxın bir keçid edəcək. Saniyədə 60 kilometr sürətlə hərəkət edən bu cisim həm trayektoriyası, həm də kimyəvi tərkibi ilə nadir xüsusiyyətlərə malikdir. Astronomlar müşahidə və məlumat toplamaq üçün zamanla yarışırlar.

Yenicag.az xəbər verir ki, Alimlər 3I/ATLAS-ı yaxından araşdırmaq məqsədilə kosmik aparat göndərmək ehtimalını dəyərləndirir. Obyektin yüksək sürəti (\~60 km/s) və məhdud müşahidə müddəti səbəbindən NASA və ESA daxilində bəzi missiyaların istiqamətinin dəyişdirilməsi və istifadə müddətinin sonundakı platformaların elmi istifadəsi üzərində işlər aparılır.

3I/ATLAS Günəş Sistemindən keçən üçüncü ulduzlararası cisim kimi tarixə düşüb. Kuyruklu ulduz 19 dekabr 2025-ci ildə Yerə ən yaxın nöqtəyə çatacaq, lakin həmin vaxt Günəşə çox yaxın olacağı üçün yer teleskopları ilə müşahidə olunmayacaq.

Mars orbitindəki kosmik aparatların bu dövrdə 3I/ATLAS-ı müşahidə edə biləcəyi və mühüm elmi məlumatlar verə biləcəyi bildirilir. NASA-nın MAVEN, Odyssey və ESA-nın Mars Express kimi aparatları artıq Qırmızı Planetin ətrafında fəaliyyət göstərir.

Miçiqan Dövlət Universitetindən Atsuhiro Yaginuma bildirib ki, Marsdakı aparatlarla 3I/ATLAS-ın Günəşə ən yaxın nöqtədə müşahidəsi mümkün olacaq və bu, tərkibi və strukturu barədə kritik məlumatlar təqdim edə bilər.

Uygun raket pəncərəsinin daralması alimləri alternativ variantlara yönəldib. NASA-nın dayandırılmış Janus layihəsi kimi kiçik kosmik aparatların yenidən nəzərdən keçirilməsi gündəmdədir. Bundan başqa, Comet Interceptor kimi gələcək layihələrin ulduzlararası cisimləri hədəfləməsi üçün Günəş-Yer L2 nöqtəsinə yerləşdiriləcəyi qeyd olunur.

Ekspertlər bildirir ki, belə obyektlər erkən aşkarlanarsa, daha az enerji sərf edilərək effektiv missiyalar planlaşdırıla bilər.

Yaginuma qeyd edir ki, 3I/ATLAS-ı Marsdan göndəriləcək aparat saniyədə 5 km sürət dəyişimi etməlidir, ancaq Yerdən göndəriləcək missiya üçün bu göstərici təxminən 24 km/s-ə çatır ki, bu da böyük raket və yüksək yanacaq tələb edir.

3I/ATLAS-ın yerindən müşahidəsinin elmi faydaları arasında üzvi maddələrin birbaşa analizi, kuyruklu ulduz nüvəsinin forması və strukturu kimi detalları əhatə edir. Bu məlumatlar planetin yaranması və həyatın təməl elementlərinin kainatda necə daşındığı haqqında mühüm ipucları verə bilər.

2025-ci ilin iyulunda kəşf edilən 3I/ATLAS elm dünyasında böyük müzakirələrə səbəb olub. Təxminən 11 kilometr diametrli bu cisim indiyə qədər müşahidə olunmuş ən böyük ulduzlararası obyektlərdən biridir. Onun adi bir kuyruklu ulduz olub-olmadığı sual altındadır.

Harvard Universitetindən astrofizik professor Avi Loeb obyektin qeyri-adi hərəkət və trayektoriyasına diqqət çəkərək, bunun “potensial olaraq kosmik aparat” ola biləcəyini irəli sürüb. Loeb bildirib:

“Əgər bu həqiqətən kosmik aparatdırsa, biz artıq onu arxa bağçamızda qonaq etmişik, amma buna hazır deyilik.”

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa