!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Düşmən güclüdür, onun qarşısını az qüvvə ilə almaq...” – Keçmiş nazir müavini

!Reklam – Yazi

“Müharibənin növbəti mərhələsində döyüşlərin aparılması üç tendensiyaya əsaslanacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi təcavüzünün hansı taktika əsasında davam etdirəcəyinə toxunan Ukrayna müdafiə nazirinin sabiq müavini Anna Malyar deyib.

Bu barədə fikirlərini özünün “Telegram” kanalında paylaşan Malyarın sözlərinə görə, burada əsas üç tendensiyaya diqqət yetirmək daha məqsədəuyğnundur:

“Hazırda şərti olaraq üç tendensiyadan danışa bilərik. Onlardan birincisi bundan ibarətdir ki, Rusiya qüvvələri şərqdə hücum əməliyyatlarını beş – Kupyansk, Liman, Baxmut, Mariinsk və Avdeyevka istiqamətlərində davam etdirəcəklər.

Onlar hətta yeni ilə qədər Avdeyevkanın ələ keçirilməsinə çalışırlar. Ancaq bu onların şəhərin işğalı üçün açıqladıqları ilk tarix deyil.

İkinci tendensiya budur ki, Rusiya Ukraynanın yaşayış məntəqələrini məsafənin imkan verdiyi qədər artilleriyadan intensiv şəkildə atəşə tutmaqda davam edəcək. Burada ümumilikdə 100 yaşayış məntəqəsinin əsas hədəfdə olacağı gözlənilir.

Üçüncü tendensiya isə düşmənin şimalda olduğu kimi, cənubda da intensiv hücumları gücləndirməsidir. Düşmən bunun üçün resurslara malikdir. Bu baxımdan, onun qarşısını az qüvvə ilə almaq heç də asan olmayacaq”.

COP29

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv