DYP-dən əhaliyə müraciət

media-hightechnic-468x90

Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri​ aparılır. Bununla əlaqədar yolun inşaat işləri aparılan hissələrdə daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. ​

Yenicag.az xəbər verir ki, bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600