DYP-dən sürücülərə – Xəbərdarlıq

media-hightechnic-468x90

duma0Bakıda müşahidə edilən qatı duman sürücülərin işini çətinləşdirib. Səhər saatlarından müşahidə edilən duman yollarda görmə məsafəsini məhdudlaşdırırb. Hava şəraiti ilə bağlı olaraq Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovik Vaqif Əsədov sürücülərə belə hava şəraitində yaxın işıqlandırmalarından istifadə etməyi məsləhət görüb.

“Yollarda görmə məsafəsi məhdudlaşıb. Bu səbəbdən də sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalı, sürət həddini minumuma endirilməlidirlər”. Bölmə rəisinin sözlərinə görə, yollarda görmə məsafəsi 30 metrdən aşağıdır.

Onun sözlərinə görə, baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər ara məsafəsini də normadan artıq saxlamalıdırlar. “Ümumiyyətlə sürücülər şəxsi avromobillərindən istifadə etməmək məsləhətdir”.

V.Əsədov qatı dumanın daha çox hiss edildiyi yolların adlarını da açıqlayıb. Bunlar 20 yanvar ərazisi, Yasamal rayonu, həmçinin Günəşli və Əhmədli qəsəbələridir.

media-ziraat-728x90

DYP-dən sürücülərə xəbərdarlıq

media-hightechnic-468x90

82533“Baku World Challenge 2014” avtomobil yarışları ilə əlaqədar Bakının cənub girişində – “20-ci sahə” dairəsindən “Azneft”ə qədər nəqliyyatın hərəkəti dayandırılıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədovun anspress-ə verilən məlumata görə, bu istiqamətdən paytaxta gələn sürücülər alternativ yolla Badamdar qəsəbəsindən və ya Xocahəsən yolu ilə dairəvi yoldan Tbilisi prospektinə çıxmalıdırlar.

“Bakı-Ələt yolunun14-cü kilometrliyindən Sədərək və ya Binə ticarət mərkəzləri, yaxud Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edərək 3-cü kənar dairəvi yoldan və ya Xocasən yolundan keçməklə istənilən istiqamətlər üzrə hərəkət etməlidir”, – deyə Vaqif Əsədov bildirib.

Yol polisi vətəndaşlardan mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilir: “Mümkün qədər vətəndaşlar ictimai nəqliyyatdan az istifadə etsinlər”.

Qeyd edək ki, “Baku World Challenge 2014” avtomobil yarışları noyabrın 1-2-də keçiriləcək. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600