!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

E-sosial.az niyə “çöküb?” – “Nazirlik operativ tədbir görməlidir” – Osman Gündüz

!Reklam – Yazi

“Yaxşı olardı ki, hökumət və ya ASAN Xidmət tərəfindən İT mütəxəssislərindən ibarət İşçi Qrup yaradılsın”.

Yenicag.az xəbər verir ki, bu fikirləri e-sosial.az internet resursunda yaranan problemlərini səbəblərindən danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib.

Osman Gündüzün sözlərinə görə, vətəndaşlar hökumətin məlum dəstəyindən istifadə etmək üçün həmin resursda qeydiyyatdan keçə bilmirlər.

Bəzi hallarda isə sayt, ümumiyyətlə, açılmır. Bu isə saytın vətəndaşların çoxsaylı müraciətlərini qəbul etməyə hazır olmadığını göstərir:

“Hazırda ölkədə yaranmış situasiyada daha bir ictimai əhəmiyyət kəsb edən resursda – e-sosial.az-da ciddi problemlər yaşanır. Güman ki, sayt çoxsaylı onlayn müraciətlər fonunda yüklənmə səbəbindən normal işləyə bilmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi operativ tədbirlər görməlidir.

İşsizlərə hökumətin müvafiq dəstəyi ilə bağlı elektron xidmətdən istifadə üçün müvəqqəti olaraq qeydiyyat prosedurasını sadələşdirmək və müraciətləri müəyyən qrafik-parametrlər üzrə qəbul etmək olar.

Eyni zamanda, ASAN Xidmət, Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və digər əlaqəli qurumlar bu cür böhranlı anlarda aktiv işləyən İT mütəxəssislərinin köməyindən istifadə edə bilərlər.

Hətta yaxşı olardı ki, hökumət və ya ASAN Xidmət tərəfindən İT mütəxəssislərindən ibarət İşçi Qrup yaradılsın. Əvvəllər “gov” sektorda problemli-böhranlı anlarda bir neçə dəfə belə qruplar yaradılıb və yaxşı effekt verib”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv