Əbədi qardaşlığın sarsılmaz gücü... - FOTOLAR
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb.
Yenicag.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bununla bağlı paylaşım edib:
“Eyni sevda ocağında eşqlə yoğrulmuş xəmirimiz, vətənə qurban olaq deyə çəkilən xınamız birdir. Tək bir ürəkdə birləşən Türkiyə və Azərbaycan komandoları bir daha əbədi qardaşlığın sarsılmaz gücünü nümayiş etdirdilər”.
Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.















