!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədalət Vəliyevin siyasi partiyalarla təmasları... – Elşad Musayev kimləri suçladı?

!Reklam – Yazi

“Azərbaycanın bu dalğanı dəf etməsi milli həmrəylik və birgə səylərimiz sayəsində mümkün olcaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ölkədaxili siyasi dialoqun vacibliyi haqda səsləndirdiyi fikirlərə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Qeyd edək ki, dövlət başçısı qeyd olunan müşavirədəki çıxışında siyasi dialoqun ölkəyə böyük fayda gətirəcəyini diqqətə çatdırıb:

“Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir”.

BAP sədri Elşad Musayev ölkədə siyasi dialoq mühitinin yaradılmasına yönəlik addımların müsbət qarşılandığını vurğulayıb:

“Çox yaxşı haldır ki, Azərbaycandakı siyasi partiyaların böyük əksəriyyəti hakimiyyət tərəfindən irəli sürülümüş görüş təklifini qəbul ediblər.

O baxımdan, Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə təmasları müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, prezident də məhz bu məqamı nəzərdə tutaraq, o fikirləri səsləndirib.

Əslində, Azərbaycanda hakimiyyət-müxalifət gərginliyinin aradan qaldırılmasına əvvəllər də cəhd göstərilib. Ancaq təəssüf ki, Administrasiyanın bundan öncəki səlahiyyətliləri media orqanlarına olduğu kimi, siyasi partiyalara da “özününkülər” və “yadlar” prizmasından yanaşmaqla, bu prosesin irəliləməsinə imkan vermədilər.

Onlar vaxtilə siyasi dialoqun yaranmasına mane olmasaydılar, indi yəqin ki ölkədə fərqli siyasi atmosfer yaranardı. Ancaq hakimiyyət bu prosesi yenidən aktivləşdirmək istəyirsə, buna müsbət yanaşılmalıdır.

Çünki ölkənin xüsusilə indiki vəziyyətdə həmrəyliyə ehtiyacı var. Azərbaycanın bu dalğanı dəf etməsi də milli həmrəylik və birgə səylərimiz sayəsində mümkün olacaq”.

Aqil Bəkir

www.yenicag.az

1204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv