!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədliyyə Nazirliyi yeni təcili elektron zəng xidmətinin konsepsiyasını hazırladı

!Reklam – Yazi

“Ədliyyə Nazirliyi yeni təcili elektron zəng xidməti – “ƏN TEZ” xidmət konsepsiyası hazırlayıb”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə “Rəqəmsal Ədliyyə Yenilikləri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, “ƏN TEZ” xidmət Ədliyyə Nazirliyinə təcili elektron zəng deməkdir:

“Bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətləri olduqca sürətləndirimiş rejimdə göstərilməsini şərtləndirir. Həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq. Bundan əlavə, vətəndaşın müraciəti zamanı həmin vaxt işi nisbətən az olan qurum onun icrasını təmin edəcək”.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə isə bildirib ki, yeni infrastrukturların yaradılmasını, habelə əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna edən bu konsepsiya izafi xərclərin qarşısını almaqla yanaşı, müxtəlif ədliyyə xidmətlərindən eyni zamanda, yararlanmasını təmin edəcək./Report/

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv