Efirdə əsəbiləşən Elgiz Əkbər qohumlarına SƏSLƏNDİ: “Axırıncı dəfə olsun, bir də…”

media-hightechnic-468x90

Tanınmış aparıcı Elgiz Əkbər efirdə əsəbiləşib.

Yenicag.az xəbər verir ki, o, qohum-əqrəbasına və dost-tanışa səslənərək, toylarına müğənni çağırmaq üçün ona müraciət etməmələrini tələb edib:

“Axırıncı dəfə olsun, istər dostum, istər, qonşum, istər əzizim, lap belə gözümün işığı olsun, buradan deyirəm, mənə zəng edib deməyin ki, xeyir işimdir, müğənnilərlə aran yaxşıdır, filan müğənniyə de, gəlib havayı oxusun. Vəssalam, qurtardı, getdi.

Xeyr, elə bir şey olmayacaq. Heç kimin yanında gözükölgəli olmaq istəmirəm. Nəyimə lazımdır? Kimsə özünü qonaqların yanında qaldıracaq ki, hə, bunun toyunda müğənnilər gəlib oxudu. Xeyr, mən özümü kiməsə görə pis etməyəcəm”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa