Əfqan Cəlilov Rauf Vəliyevin əsas adamını işdən çıxardı

media-hightechnic-468x90

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin yeni sədri Əfqan Cəlilov qurumda kadr islahatlarına başlayıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əfqan Cəlilovun əmri ilə “ASCO Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Hüseynov Sabir Həsən oğlu vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.

Xəbəri dəqiqləşdirmək üçün ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyevlə əlaqə saxlamağa çalışsaq da, telefona cavab vermədi.

Qeyd edək ki, Sabiq Hüseynov ASCO İdarə Heyətinin sabiq sədri Rauf Vəliyevin ən yaxın adamı hesab olunurdu. O, 2018-ci ildən sözügedən quruma rəhbərlik edirdi.

“ASCO Mühafizə” və “ASCO Logistics” kimi qurumlar “ASCO Nəqliyyat” MMC-nin tərkibində fəaliyyət göstərir.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa