Əfqanıstan-Pakistan sərhədində döyüşlər davam edir
Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə əfqan Taliban silahlıları arasında intensiv toqquşmalar davam edir.
“Yeni Sabah” xəbər verir ki, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb. Hər iki tərəf artilleriyadan istifadə edir, hərbi mövqeləri atəşə tutur.
Dürand xətti boyunca və qonşu Kunar, Nangarhar və Qəndəhar bölgələrində qarşıdurma daha şiddətli olub. Taliban ağır silahlardan istifadə edib, bəzi Pakistan bölmələri geri çəkilib, Bəhramça bölgəsində bir sərhəd postu itirilib. Məlumata görə, Kabildəki hava hücumuna cavab olaraq Əfqanıstan qüvvələri bu gecə Pakistanın müxtəlif bölgələrindəki sərhəd postlarına hücumlar həyata keçirib və bu hücumlar gecə yarısı başa çatıb.
Nəticə olaraq Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib. Toqquşmalarda onlarla əfqan əsgəri həlak olub. Pakistan ordusunun artilleriya, tank, təyyarə və pilotsuz təyyarələrdən istifadə etdiyi bildirilir.