Əfqanıstanın Balx əyalətində “Taliban” hərəkatının 200-dən çox üzvü silahı yerə qoyaraq təslim olub.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə yerli rəsmi qurumlardan bildirilib.
“Silahlı şəxslər, qubernatorun çağırışına əməl edərək, Çimtal bölgəsində sülh və nizamlanma prosesinə qoşulublar”, – deyə mənbə bildirib.
Təslim olanların arasında Xan Məhəmməd və Dava Xan kimi komandirlərin də olduğu bildirilir.
Yeniçağ.Az
www.yenicag.az