!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının taleyi necə olacaq? - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Azərbaycan Əfqanıstanda müstəqil təmsil olunmur, Azərbaycan sülhməramlı qüvvələri orada türkiyənin tərkibində xidmət aparır. Türkiyə hansı addımı atsa, Azərbaycan da o addımı atmalıdır”.

Bu fikri Yenicag.az-a açıqlamasında Əfqanıstanda baş verən proseslər fonunda Azərbaycan sülhməramlı qüvvələrinin bu ölkədən çıxıb-çıxmama məsələsinə münasbət bildirən Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl səsləndirib.

İlham İsmayıl bildirib ki, Azərbaycanın orada tək qalması qeyri-mümkündür:

“Azərbaycan Türkiyə ilə bərabər Əfqanıstandan çıxmalıdır. Orada əlavə olaraq qalmaq problem yaradır. Əfqanıstanla Azərbaycanın çox yaxşı münasibəti var. Dövlət başçısı da, xüsusi olaraq dost ölkələr içərisində Əfqanıstanın adını dördüncü olaraq çəkdi. Ona görə də, Əfqanıstan məsələsində xüsusi dirəniş göstərməyimizə ehtiyac yoxdur. Baxmayaraq ki, mövcud hakimiyyətlə münasibət yaxşıdır, ancaq dirəniş göstərməyi doğru hesab etmirəm. Talibanla münasibət necə olacaq, o sual altındadır. Türkiyə hansı addımı atacaqsa, Azərbaycan da o addımı atmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv