Əfsanəvi pianoçu dünyasını dəyişdi

media-hightechnic-468x90

“Qremmi” mükafatını qazanan ilk Latın Amerikalı pianoçu, bəstəkar və dirijor Eddi Palmieri 89 yaşında vəfat edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Sənətçi uzun sürən xəstəlikdən sonra Nyu-Cersidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, musiqiçi karyerası ərzində səkkiz “Qremmi” mükafatı qazanmış və 40-a yaxın albom buraxaraq Latın Amerikası səhnəsinin inkişafına mühüm təsir göstərmişdir. Onun innovativ yanaşması rumba və latın cazının səsini dəyişib. İlk mükafatını 1975-ci ildə “Latın Musiqisinin Günəşi” albomu ilə qazanıb. O, ömrünün son günlərində də musiqi yazmağa davam edib və koronavirus pandemiyası zamanı onlayn konsertlər verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05