!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər Amerika Ermənistanın maraqlarından çıxış edərsə...” - Politoloq RƏYİ

!Reklam – Yazi

“Baydenin anti-türk siyasəti Amerikanın Azərbaycan və Türkiyəni itirməsinə yol aça bilər”.

İlqar Vəlizadə

Bu sözləri ABŞ prezidenti Co Baydenin anti-türk siyasətinin Amerikanın beynəlxalq aləmdəki siyasi fəaliyyətinə təsirlərini dəyərləndirən politoloq İlqar Vəlizadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, Baydenin yürütdüyü siyasət ABŞ-ın tərəfdaşlıq etdiyi bəzi ölkələrlə münasibətini korlaya bilər:

“Baydenin ermənipərəst mövqeyi ABŞ-ı regionda Azərbaycan və Türkiyə ilə üz-üzə qoyur. Bu baxımdan Baydenin anti-türk siyasəti nəticəsində Amerika Azərbaycan və Türkiyəni itirə bilər. Qeyd etdiyim ölkələr Yaxın Şərq və Cənubi Qafqaz regionunda aparıcı rol oynayırlar. Əgər Amerika Ermənistanın maraqlarından çıxış edərsə, bu halda nüfuzlu tərəfdaşları itirəcək. Bu baxımdan hesab edirəm ki, Baydenin siyasəti ABŞ-ın milli maraqlarına uyğun gəlmir və bunun nəticəsi ABŞ üçün heç də müsbət nəticələrə səbəb olmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv