“Əgər Azərbaycan ABŞ-dan silah almağa hazırdırsa…” – Belaruslu ekspert – Yenicag.Az

Reklam

Reklam

Brüsseldə keçirilən NATO Sammiti Avropa İttifaqı (Aİ) üçün yaxşı heç nə vəd etmir.

Dünyanın diqqət mərkəzində olan NATO Sammitinin gedişatını və nəticələrini Yenicag.ru-ya dəyərləndirən belaruslu politoloq Kiril Koktışın sözlərinə görə, ABŞ Avropadakı tərəfdaşlarına təzyiqi gücləndirib.

Kiril Koktış qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Avropanın öz təhlükəsizliyi üçün xərcləri artırması mövqeyində qətidir:

“Trampın Avropaya yönəlik iddiaları xeyli genişlənib. O, Avropalı müttəfiqlərindən öz təhlükəsizlikləri üçün xərcləri artırmağı və yığılmış borcları qaytarmağı tələb edir. Almaniya özünə lazım olanda pul tapa bilir. Görünən budur ki, Tramp Avropanı öz yerində oturtmağa hazırlaşır və amerikalı siyasətçilərdən birinin dediyi kimi, Avropa “Marşal planı”na görə borcunu qaytarmalıdır.

Hazırda Avropa İttifaqı özünün ən mürəkkəb dövrünü yaşayır və onun gələcəyi yetərincə qeyri-müəyyəndir. Aİ yeni supergüc qismində ABŞ-a lazım deyil və onun mərkəzləşdirilməsi Vaşinqton üçün qəbuledilməzdur. Ona görə də, ABŞ Aİ-ni amorf birliyə çevirməyə çalışır”.

Ekspert hesab edir ki, NATO Sammiti alyansın Rusiya ilə münasibətlərinə təsir göstərməyəcək:
“NATO nəinki postsovet məkanına irəliləyə bilməyəcək, hətta onun özünün konstruksiyası da sual altındadır. Əgər Azərbaycan, Gürcüstan və Ermənistan öz daxili məhsullarının 2 faizini sərf edərək ABŞ-dan silah almağa hazırdırlarsa, bu, onların öz işləridir. Ancaq əsas məsələ bu hazırlığın ABŞ-a nə qədər sərfəli olub-olmamasıdır. Hazırda NATO hansısa istiqamətdə irəliləmək iqtidarında deyil”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 884
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."