!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər vətəndaşın həmin məbləği ödəməyə gücü çatmırsa, ...”- MÖVQE

!Reklam – Yazi

“Bəzi hallarda bank kreditilərini ödəyə bilməyən şəxslərin həmin qurumlar tərəfindən həbslə qorxudulduğunun şahidi oluruq”.

Bu sözləri ölkənin bank sistemində mövcud problemli kreditlərlə bağlı münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.


O bildirib ki, əgər vətəndaşın əmlakı olmadığı təqdirdə məbləği ödəmək iqtidarında deyilsə, qanuna əsasən banklar tərəfindən narahat edilməməlidir:

“Bütövlükdə bank sistemində həmişə problemli kreditlər var. Bu, tək ölkəmizdə deyil, eləcə də xarici ölkələrin kredit sistemlərində müşahidə olunur.

Problemli kreditlərin yaranması iki səbəbdən qaynaqlanır: ya vətəndaş doğrudan da maddi çətinliklərdən dolayı həmin məbləği ödəyə bilmir, ya da ödənişi qəsdən qaytarmaq niyyətində deyil. Düzdür, bu cür hallar çox deyil, lakin bəzən müşahidə olunur.

Xatırlayırıqsa, 2019-cu ildə prezidentin qərarına əsasən dollarla olan kreditlər üzrə güzəşt edildi, lakin hazırda dövlət səviyyəsində bu yöndə heç bir yenilik edilmir.

Dövlət bir məqamı nəzərə almalıdır: əgər vətəndaşın həmin məbləği ödəməyə gücü çatmırsa, qanuna görə banklar tərəfindən narahat edilməməlidir. Bəzi hallarda bank kreditilərini ödəyə bilməyən şəxslərin həmin qurumlar tərəfindən həbslə qorxudulduğunun şahidi oluruq. Bu düzgün yanaşma tərzi deyil.

İki il bundan öncə mənim şikayətim əsasında Avropa İnsan Haqları Məhkəməsi qərar qəbul etdi. Belə ki, vətəndaş məbləği ödəmək iqtidarında olmadığı zaman əmlakı yoxdursa, həmçinin bu durumun əksi sübuta yetirilmədikdə borclu olan şəxs məsuliyyətə cəlb edilə bilməz. Dövlətin ata biləcəyi addım bu istiqamətdədir.

Ümumilikdə, ölkədə iqtisadi inkişafın olması fonunda yeni iş yerlərinin açılması və inhisarçılığın qarşısının alınması tam təmin olunarsa, problemli kreditlərin sayının nəzərə çarpacaq dərəcədə azalmasını müşahidə edə bilərik”.

Yusif Səmədzadə

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv