Əhali 3 ay ərzində bunlara 5 milyard pul xərcləyib

media-hightechnic-468x90

2019-cu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 4 milyard 924,5 milyon manat olub.

Yenicag.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içki və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 2 milyard 241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9 faiz artaraq 2 milyard 682,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 25,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600