“Əhalinin partiyalaşma prosesinə münasibəti və iştirakı 90-cı illərdən çox fərqlidir” – REAKSİYA

media-hightechnic-468x90

“Prosesin gedişatı onu göstərir ki, yekunda hakim YAP-dan başqa, cəmi bir neçə partiya qalacaq”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra artıq bir neçə partiyanın öz fəaliyyətini rəsmən dayandırmasına münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu prosesin təbii axarda getməsi nəticəsində mövcud partiyaların sayı təqribən on dəfə azalacaq:

“Mən bu barədə əvvəlki fikirlərimdə də bildirmişdim ki, əgər proses tam ciddiyyəti ilə aparılarsa, o zaman partiyaların əksəriyyətinin üzvlərin sayını əks etdirən beş min imza vermək imkanı yoxdur.

Daha da konkret desəm, ölkədəki təqribən altmış partiya bu tələbə cavab verəcək durumda deyil. Əgər o sayda imza təqdim olunsa belə, onların çoxunun saxta çıxacağı şübhəsizdir.

Bu isə onu göstərir ki, əhalinin partiyalaşma prosesinə münasibəti və iştirakı 90-cı illərdən çox fərqlidir. İnsanlar sanki siyasətlə məşğul olmaqdan yorulublar və indi də partiyalardan kənarda qalmağa üstünlük verirlər.

Ötən illərdə partiyaların sayı süni şəkildə bu həddə çatdırılmışdı. O baxımdan, yeni qanun əsasında bu süni kəmiyyətin saf-çürük edilməsi müsbət haldır. Yəni cəmiyyət bundan sonra mövcudluğu kağız üstündə olan partiyaların yox, real gücə malik partiyaların mübarizəsini görəcək. Prosesin gedişatı onu göstərir ki, yekunda hakim YAP-dan başqa, cəmi bir neçə partiya qalacaq”.

A.Zeynalov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600