!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhəd Abıyevin Daşkəsən məktəblərindən xəbəri var?

!Reklam – Yazi

jjiTəhsil naziri Mikayıl Cabbarov Prezidentin yanındakı müşavirədə təhsillə bağlı danışarkən, əsasən əyalət təhsilindəki problemlərə diqqət çəkdi. Həqiqətən də, Bakıdan fərqli olaraq, bir çox rayonlarımızda təhsilin durumu çox pisdir.

Rayonun bir çox kəndlərində təhsil davamiyyəti sıfır halındadır. İnformasiya mənbəmiz bildirir ki, rayonun Kəmərqaya, Zivlan, Tapan, Qıyıqlı, Gurbulaq, Çovdar, Zəylik, Muşavaq, Zəylik, Çıraqlı və Çanaqlı kəndlərində orta məktəblər formal olaraq fəaliyyət göstərir.

Adı çəkilən kənd məktəblərinin siniflərində şagirdlərin sayı az olduğundan 5 ci siniflə 11 ci sinifə qədər şagirdlər birlikdə dərs keçdikləri bildirilir. İnformasiya mənbəmiz bildirir ki, kənd məktəblərində baş verən davamiyyətsiz dərs problemlərindən rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyevində xəbəri var. Amma şöbə müdirir məktəb direktorlarından hesab aldığı üçün bağlanmağa məhkum olan siniflərin formal olaraq fəaliyyətlərinə göz yumur.

Mənbəmiz idda edir ki, Nazim Verdiyev adı çəkilən kənd məktəblərində işə qəbul olunmaq istəyənlərdən 2000-3000 manat hesab alaraq onlara formal olaraq ştat verir. Bundan başqa təhsil şöbəsinin hər il müdiri dərs keçilməyən kənd məktəb binalarının cari təmiri üçün ayrılan vəsaitləri sənədləşdirərək mənimsədiyi qeyd olunur. İnformasiya mənbəmiz bildirir ki. 2013-cü ildə Daşkəsən Təhsil şöbəsinə ayrılan 250 min manata yaxın vəsaitin 100 min manatdan çoxu məhz Zəyli, Gurbulaq, Çovdar, Muşavaq, Çıraqlı və Zivlan kənd məktəblərinin cari təmirinə, inventarların alınmasına xərcləndiyi sənədləşdirilib. Ancaq həmin kənd məktəblərində yoxlama aparılarsa məlum olar ki, hər hansı bir invertar alınmasından yaxudda cari təmirdən söhbət gedə bilməz.

Məlumatlı şəxs həmçinin “2014 cü il yanvar mart aylarının satınalmalarında belə həmin kəndlərin məktəb binalarının cari təmiri və inventarların alınması üçün yenədə 50 min manatdan çox vəəsait ayrıldığını” qeyd etdi.

Mənbəmiz bildirir ki, Nazim Verdiyev cari təmir işləri, avadanlıqlar adı ilə sildiyi yüzminlərlə manat vəsaitin bir hissəsini icra başçısına verir. Bu səbəbdən də, rayonda təhsilin səviyyəsinin aşağı düşməsi, məktəblərin leylək yuvasına çevrilməsi Əhəd Abıyevi maraqlandırmır. Demək olar ki, rayonda tapılmayan və Daşkəsəni müavininə tapşırıb, Bakıda təyinatını gözləyən icra başçısı bütün alış-verişi də müavini vasitəsi ilə həyata keçirir(azerinfo.org).

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv